“Liverpul” hazırda İngiltərənin ən yaxşı komandasıdır” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

4 Oktyabr 00:20 İngiltərə 498
“Liverpul” hazırda İngiltərənin ən yaxşı komandasıdır” - “Qarabağ”ın rəqibinin baş məşqçisi

“Çelsi”nin baş məşqçisi Enzo Mareska Premyer Liqanın növbəti turunda qarşılaşacaqları “Liverpul” haqqında yüksək fikirlər səsləndirib.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis mətbuat konfransında “qırmızılar”ın bu an üçün İngiltərənin ən yaxşı komandası olduğunu düşündüyünü deyib:

“Məncə, onlar hazırda İngiltərənin ən güclü komandasıdır. Bunu sübut etdilər – Premyer Liqanı qazandılar.

Biz isə hazırda inkişaf mərhələsindəyik, problemləri həll etməyə çalışırıq. Nəticədə, onlara yaxınlaşacağıq”.

Hazırda “Liverpul” 6 turdan sonra 15 xal toplayaraq Premyer Liqanın lideridir. “Çelsi” isə 8 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.

“Çelsi” – “Liverpul” qarşılaşması bu gün saat 20:30-da start götürəcək. “Qarabağ” UEFA Çempionlar Liqasında “Çelsi” ilə evdə, “Liverpul”la isə səfərdə qarşılaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Dekabr 20:00 Çək və bizə göndər!