İtaliyaya dönə bilər - “Mançester Yunayted”in hücumçusu

3 Oktyabr 2025 18:40 İngiltərə 656
İtaliyaya dönə bilər - “Mançester Yunayted”in hücumçusu

“Mançester Yunayted”in hücumçusu Coşua Zirkze yenidən İtaliya çempionatına dönə bilər.

Sportinfo.az ESPN-ə istinadən xəbər verir ki, niderlandlı futbolçuya maraq göstərən klublar sırasında “Yuventus”, “Milan” və “Komo” var.

24 yaşlı forvard ötən yay “Bolonya”dan “Mançester Yunayted”ə transfer olunub. Onun İngiltərə klubu ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununa qədərdir.

Zirkze cari mövsümdə Premyer Liqada 3 matçda iştirak edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti