Portuqaliya klubu ilə anlaşdı - “Arsenal”ın müdafiəçisi

30 Avqust 2025 00:20 İngiltərə 478
Portuqaliya klubu ilə anlaşdı - “Arsenal”ın müdafiəçisi

“Arsenal”ın müdafiəçisi Jakub Kivior “Portu”ya transfer olmaq üzrədir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, transferin məbləği 25 milyon avro təşkil edəcək.

25 yaşlı futbolçu “Portu” ilə müddəti 2030-cu ilə qədər olan müqaviləyə razılaşıb.

Polşa millisinin üzvü 2023-cü ilin əvvəlində “Arsenal”ın heyətinə qoşulub.

O, komandanın formasını 68 oyunda geyinərək, 3 qol vurub və 5 məhsuldar ötürmə verib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2028-ci ilin ortalarına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"