“Mançester Yunayted”dən ayrılır - Niderland millisinin müdafiəçisi

29 Avqust 2025 21:40 İngiltərə 397
“Mançester Yunayted”dən ayrılır - Niderland millisinin müdafiəçisi

Niderland millisinin müdafiəçisi Tayrell Malasiya “Mançester Yunayted”dən ayrılaraq İspaniya La Liqasına transfer olmağa yaxınlaşır.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçuya “Elçe” maraq göstərir.

“Qırmızı şeytanlar”ın rəhbərliyi Malasiyanı La Liqaya buraxmağa hazırdır.

Niderlandlı oyunçu “Mançester Yunayted”ə 2022-ci ilin yayında qoşulub. Onun hazırkı müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdir.

“Elçe” İspaniya çempionatının yeni mövsümündə iki dəfə heç-heçə edib və hazırda turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti