Dörd həftə yaşıl meydanlardan kənarda qalacaq

26 Avqust 2025 10:20 İngiltərə 512
Dörd həftə yaşıl meydanlardan kənarda qalacaq

“Arsenal” ciddi itki ilə üzləşib.

Sportinfo.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Bukayo Saka Premyer Liqanın 2-ci turunda “Lids”ə 5:0 hesabı ilə qalib gəldikləri oyunda zədələnib.

Artıq o, tibbi müayinədən keçib. 23 yaşlı futbolçu 4 həftə yaşıl meydanlardan kənarda qalacaq. Saka bud nahiyəsindən zədələnib.

O, ötən mövsüm “Arsenal”ın heyətində bütün turnirlərdə 37 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"