
“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim hücumçu Rasmus Hoylund olmadan komandanın çıxışı haqda danışıb.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Futbolçular Rasmus Hoylundsuz yeni oyuna uyğunlaşmalı oldular? Yox, məncə, bu səviyyəyə çatanda normaldır.
Mateus Kunya bu rolu oynaya bilər. Əvvəlki klubunda o, həm hücumçu, həm də “10 nömrə” kimi çıxış edirdi.
Meyson Maunt ilə son bir neçə oyunda bəzən bir az daha sərt oynadığımızı hiss edirəm. Buna görə də, rəqibdən asılı olaraq, oyunlarda qalib gəlməyə çalışacağıq”.
Danimarkalı forvard yeni mövsümün heç bir matçında komandanın heyətində yer almayıb. O, çox güman ki, cari transfer dövründə klubu tərk edəcək.