70 milyon avroluq təklifi qəbul edilmədi

25 Avqust 2025 22:00 İngiltərə 463
70 milyon avroluq təklifi qəbul edilmədi

“Komо”nun yarımmüdafiəçisi Nikolas Paz böyük ehtimalla, “Real”a qayıdacaq.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “kral klubu”nun rəhbərliyi “Komо”nun “Tottenhem”dən gələn 70 milyon avroluq təklifi rədd etməsində mühüm rol oynayıb.

Madridlilər Pazın “Komо”da qalmasına çox sevinib.

Gözlənilir ki, 20 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayında “Real”a qayıdacaq. O, “Real”ın yetirməsidir və keçən il “Komо” tərəfindən 6 milyon avroya transfer olunub.

Argentinalı futbolçu son mövsümdə bütün turnirlərdə 37 oyuna çıxıb, 7 qol vurub və 10 məhsuldar ötürmə verib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"