İtaliyalı hücumçusunu Premyer Liqa klubuna təklif etdi

25 Avqust 2025 18:20 İngiltərə 696
İtaliyalı hücumçusunu Premyer Liqa klubuna təklif etdi

“Liverpul”un hücumçusu Federiko Kyezanın gələcəyi hələ də qeyri-müəyyən olaraq qalır.

27 yaşlı vinger son açıqlamasında “qırmızılar”da oynamaqda davam etmək istədiyini bildirsə də, bir çox klub onunla maraqlanır.

Sportinfo.az “Caught Offside”-a istinadən xəbər verir ki, Kyezanı İtaliyanın “Atalanta”, “Milan”, “Napoli”, “Roma”, “İnter” klubları, həmçinin, İngiltərədən “Fulhem” heyətinə qatmaq niyyətindədir.

Bundan əlavə, “Liverpul” italiyalı futbolçunu Aleksander İsakın transferi çərçivəsində “Nyukasl”a da təklif edib.

Kyeza Premyer Liqanın yeni mövsümünün ilk turunda “Bornmut”a qarşı oyunda qol vurmağı bacarıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"