“Buradan getməyi heç vaxt ağlımdan keçirməmişəm” – Braziliyalı forvard

25 Avqust 2025 15:40 İngiltərə 563
“Buradan getməyi heç vaxt ağlımdan keçirməmişəm” – Braziliyalı forvard

“Tottenhem”in hücumçusu Riçarlison klubundakı gələcəyi barədə açıqlama verib.

Sportinfo.az xəbər verir ki, braziliyalı forvard “Sky Sports”-a açıqlamasında komandası ilə bağlı fikirlərini bölüşüb:

“Düşüncələrim həmişə ‘Tottenhem’lə bağlı olub. Buradan getməyi heç vaxt ağlımdan keçirməmişəm. Hazırda yaxşı dönəm keçirirəm. Çalışmağa davam edəcəm”.

Riçarlison 2022-ci ilin yayından “Tottenhem”in formasını geyinir. Onun klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyununda başa çatacaq.

28 yaşlı hücumçu cari mövsümdə Premyer Liqada 2 oyuna çıxıb, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"