
“Bernli”nin müdafiəçisi Kayl Uolker pulsuz futbol oynaya biləcəyini söyləyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bunu deyib:
“Futbol oynamaq üçün futbol oynayıram. Pulsuz da oynayardım, belə bir insanam.
Mən maaş alıram və futbolçulara ödənilən pullar həqiqətən fantastikdir. Amma mən pulsuz oynayardım. Yəqin ki, səs-küy, təzyiq səbəbindən pul alıram.
2009-cu ildə “Tottenhem”lə müqavilə imzaladığımı və agentimə “mənə daha çox pul qazandıran müqavilə lazım deyil” dediyimi xatırlayıram.
Mən pul üçün futbol oynamıram. Mən qazandığım nailiyyətlər və mükafatlar üçün futbol oynayıram”.
Uolker daha əvvəl “Tottenhem”, “Aston Villa”, “Mançester Siti”, “Milan” kimi klublarda çıxış edib.