Karyerasını İngiltərədə davam etdirməyə yaxındır - PSJ-nin qapıçısı

25 Avqust 2025 00:20 İngiltərə 383
Karyerasını İngiltərədə davam etdirməyə yaxındır - PSJ-nin qapıçısı

PSJ-nin qapıçısı Canluici Donnarumma karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı qolkiper artıq “Mançester Siti” ilə şəxsi müqavilənin şərtlərində anlaşma əldə edib.

Donnarumma bu yay Paris klubunu tərk etmək qərarı verib. Səbəb rəhbərliyin onun istədiyi maaşla yeni müqavilə imzalamaqdan imtina etməsi olub.

Ardınca məşqçilər heyəti onu UEFA superkubokunda “Tottenhem”ə qarşı keçirilən oyunun iştirak ərizəsinə də salmayıb.

Klublar arasında danışıqlar davam edir. Transferin məbləği təxminən 50 milyon avro dəyərində qiymətləndirilir.

Bununla belə, keçidin reallaşması bir qədər də Edersonun gələcəyindən asılıdır. Braziliyalı qapıçının “Mançester Siti”dən ayrılaraq “Qalatasaray”a transfer olunacağı halda, Donnarummanın keçidi tam rəsmiləşəcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti