
Ben Douk “Liverpul”dan “Bornmut”a keçib.
Sportinfo.az xəbər verir ki, "Bornmut" 19 yaşlı vingerlə 5 illik müqavilə imzaladıqlarını açıqlayıb.
Transferin məbləği 25 milyon funt-sterlinq təşkil edir. 2022-ci ildə mersisayd klubu şotland futbolçunu “Seltik”dən 600 min funta transfer etmişdi.
Ötən mövsüm Douk icarə əsasında “Midlsbro”da çıxış edib, Çempionşipdə 24 oyunda 3 qol vurub və 7 məhsuldar ötürmə edib.