55 milyon funt-sterlinq ödəməyə hazırdır - Söhbət gedir

17 Avqust 2025 13:10 İngiltərə 583
55 milyon funt-sterlinq ödəməyə hazırdır - Söhbət gedir

Ebereçi Eze “Tottenhem”ə keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, “The Independent”in məlumatına görə, London təmsilçisi “Kristal Pelas”ın yarımmüdafiəçisinin transferi ilə bağlı razılığa gəlmək üzrədir.

Müqavilənin 55 milyon funt-sterlinq təşkil edəcəyi, həmçinin bonus ödənişlərinin də nəzərdə tutulduğu bildirilir.

Daha əvvəl futbolçunun “qartallara” komandadan ayrılmaq istədiyini söylədiyi məlum olmuşdu.

Ötən mövsüm Eze İngiltərə Premyer Liqasında 34 oyunda 8 qol vurub və 8 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"