Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəldi

17 Avqust 2025 00:00 İngiltərə 374
Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəldi

“Liverpul”un futbolçusu Məhəmməd Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.

Sportinfo.az xəbər verir ki, 33 yaşlı hücumçu buna evdə “Bornmut”a qalib gəldikləri (4:2) I turun oyununda fərqlənməklə nail olub.

Misirli forvard çempionatda 187-ci qolunu vuraraq bu göstəricidə Endi Kola çatıb.

Mütləq rekord Alan Şirerə məxsusdur – 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti