
Lissabon “Sportinq”inin yarımmüdafiəçisi Morten Yulmann İngiltərə Premyer Liqası klubunun diqqətini cəlb edib.
Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, danimarkalı ilə “Mançester Yunayted” maraqlanır.
“Qırmızı şeytanlar” Yulmann üçün transfer təklifi verməyi planlaşdırır. Onun Portuqaliya təmsilçisi ilə müqaviləsinin müddəti 2028-ci ilin ortalarına kimidir və transfer dəyəri 26 milyon avro təşkil edir.
26 yaşlı oyunçu 2024/25 mövsümündə “Sportinq”in heyətində 47 oyuna çıxıb, 3 qol vurub və 2 məhsuldar ötürmə verib.