"Əsas çətinlik odur ki, bir çox komanda Premyer Liqanı qazana bilər"

01:40 İngiltərə 89
"Əsas çətinlik odur ki, bir çox komanda Premyer Liqanı qazana bilər"

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın ardıcıl ikinci dəfə Premyer Liqanı qazanmaq şansını qiymətləndirib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bu mövsüm qalib gəlməyin daha çətin olacağını söyləyib:

“Əsas çətinlik odur ki, bir çox komanda Premyer Liqanı qazana bilər. Bunu ard-arda iki dəfə belə bir liqada etmək inanılmaz olardı.

Bu mövsüm isə qalib olmaq daha çətin olacaq. Hər mövsüm və mövsümöncəsi çətinliklərlə üzləşirsiz.

Start heyətdən xeyli oyunçu itirmişik. Qaçış və oyun tərzi baxımından keçən mövsüm Premyer Liqanın bəlkə də, ən gərgin komandası olan

“Bornmut”a qarşı başlayırıq. Sonra “Nyukasl” və “Arsenal”la oynayırıq.

Keçən mövsüm çox oyun keçirən beş və ya altı oyunçumuzu itirdik və dörd müqavilə imzaladıq, ona görə də, uyğunlaşma olacaq, bu, normaldır”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Avqust 22:20 Bolqar dərsi...