
İngiltərə Premyer Liqasının rəhbəri Riçard Masters FİFA-nın Klublararası dünya çempionatını təşkil edərkən digər liqaları nəzərə almadığını bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, qərar qəbul edilərkən Premyer Liqa və digər Avropa liqalarının rəylərinə nəzər yetirilmədiyini söyləyib:
“Klublararası dünya çempionatında liqalar və futbolçularla oyunların müddəti, həmçinin, turnir cədvəli barədə heç bir məsləhətləşmə aparılmadı.
Hər hansı nəticə çıxarılsaydı belə, bu məsələlərdə bizimlə məsləhətləşmək lazım idi”.
O, həmçinin, vurğulayıb ki, çempionat Premyer Liqanın turnir cədvəlinə ciddi təsir göstərir:
“Biz masada yer tələb edirik və liqalarla müvafiq şəkildə əlaqə qurulmasını istəyirik”.
Turnir ABŞ-da təşkil olunub və 15 iyun-13 iyul tarixlərini əhatə edib. İştirakçılar arasında İngiltərədən “Mançester Siti” və çempionatın qalibi “Çelsi” olub.