
İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel “Mançester Siti”nin vingeri Cek Qrilişlə ciddi söhbət aparıb.
Daha əvvəl yayılan məlumatlara görə, “şəhərlilər” 29 yaşlı oyunçunu yay transfer dönəmində satmaq niyyətindədir.
Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, almaniyalı çalışdırıcı Qrilişin son mövsümdə formasını itirdiyi üçün ondan narahat olduğunu bildirib.
Tuxel ingiltərəli futbolçunu yalnız bir şərtlə dünya çempionatına aparacaq.
Belə ki, o, avrokuboklarda iştirak edən yüksək səviyyəli bir kluba keçərsə, qarşıdan gələn dünya çempionatında iştirak edə bilər. Qriliş yeni komandasında formasını bərpa etməli və baş məşqçinin etimadını qazanmalıdır.
Bundan əvvəl “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola bu ay keçiriləcək Klublararası dünya çempionatına Qrilişi aparmayacağını bildirmişdi.