Onu aldığından daha ucuz qiymətə satmağa hazırdır

15:20 İngiltərə 140
Onu aldığından daha ucuz qiymətə satmağa hazırdır

“Mançester Yunayted” hücumçusu Rasmus Hoylundu 2023-cü ilin yayında aldığından daha aşağı qiymətə satmağa hazırdır.

Sportinfo.az “The Telegraph”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” danimarkalı oyunçu ilə vidalaşmağa tələsmir, amma təklifləri nəzərdən keçirməyə açıqdır, xüsusilə, “İnter”in marağı fonunda.

Hoylund “Mançester Yunayted”ə 64 milyon funt-sterlinqə (üstəlik 8 milyon funt bonusla) transfer olunmuşdu.

Klub hazırda 22 yaşlı futbolçunu təxminən 38-42 milyon funt sterlinq aralığında satmağa razıdır.

“İnter” Hoylundu icarəyə götürüb sonradan almaq şərti (və ya öhdəliyi) ilə razılaşmağı nəzərdən keçirir. Ancaq ingilislərin birbaşa transferə üstünlük verəcəyi və satış şərtlərini dəqiq müəyyənləşdirmək istədiyi bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti