Şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gələ bilmədilər

4 İyun 15:40 İngiltərə 205
Şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gələ bilmədilər

“Çelsi” son mövsümdə komandada icarə əsasında çıxış edən Ceydon Sançonun transfer hüququnu almaqdan imtina edib.

Sportinfo. az xəbər verir ki, bu barədə “The Athletic” nəşri məlumat yayıb.

London təmsilçisi “Mançester Yunayted”lə razılığa gəlsə də, ingiltərəli futbolçunun şəxsi müqavilə şərtlərində ortaq məxrəcə gələ bilməyib.

Nəticədə “Çelsi” 25 yaşlı oyunçunu heyətində saxlamaqdan imtina edib və bu səbəbdən, “qırmızı şeytanlar”a 5 milyon funt sterlinq təzminat ödəyəcək.

Halbuki müqavilədə Sançonun 25 milyon funt sterlinqə alınması ilə bağlı şərt mövcud idi.

Hazırda Sançonun həm İngiltərədən, həm də Avropanın digər ölkələrindən təklifləri olduğu bildirilir.

Sanço 2024/25 mövsümündə “Çelsi”nin heyətində Premyer Liqada 31 oyuna çıxıb, 3 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 İyun 14:20 Millimiz Latviya uçdu