“Mançester Siti”nin yetirməsi ilə anlaşdı - ı Paytaxt “zadəganlar”

2 İyun 22:00 İngiltərə 191
“Mançester Siti”nin yetirməsi ilə anlaşdı - ı Paytaxt “zadəganlar”

“İpsviç”in hücumçusu Liam Delap karyerasını “Çelsi”də davam etdirəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, London klubu ingilis futbolçu ilə fərdi müqavilənin şərtlərini razılaşdırıb.

O, “Çelsi” ilə 2031-ci ilə qədər olan müqavilə imzalayacaq və artıq tibbi müayinənin ilk hissəsindən keçib.

“Çelsi”nin Delapın müqaviləsində 30 milyon funt-sterlinqlik sərbəst qalma maddəsini aktivləşdirəcəyi bildirilib.

Delap “Mançester Siti”nin yetirməsidir. O, 2024-cü ilin yayında “İpsviç”ə keçib. 22 yaşlı futbolçu son mövsümdə Premyer Liqada 37 matçda 12 qol vurub və 2 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti