Fransızın “Real” arzusu - Paytaxtları dəyişmək istəyir

13 Fevral 2025 18:40 İngiltərə 1 496
Fransızın “Real” arzusu - Paytaxtları dəyişmək istəyir

Fransa millisinin və “Arsenal”ın müdafiəçisi Vilyam Saliba karyerasını “Real”da davam etdirə bilər.

Sportinfo.az “getfootballnewsfrance”-a istinadən xəbər verir ki, “kral” klubu”nun rəhbərliyi 23 yaşlı futbolçunu gələn yay üçün prioritet hədəf kimi müəyyənləşdirib.

Fransalı oyunçunun özü Madrid klubuna qoşulmağa hazırdır. Saliba “Real”a transferini futbol arzusunun həyata keçməsi kimi görür.

Onun “topçular”la hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

Salibanın transfer dəyəri 80 milyon avro qiymətləndirilir. O, 2019-cu ildən “Arsenal”da çıxış edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
6 Fevral 18:10 Çək və bizə göndər!
6 Fevral 07:30 Bundan az istifadə edin!