Sançonu yenidən gətirmək variantını nəzərdən keçirir - “Sabah”ın rəqibi

00:10 İngiltərə 64
Sançonu yenidən gətirmək variantını nəzərdən keçirir - “Sabah”ın rəqibi

Dortmund “Borussiya”sı İngiltərə millisinin üzvü Ceydon Sançonu yenidən komandaya gətirmək variantını nəzərdən keçirir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Bild” nəşri məlumat yayıb.

Almaniya klubu 26 yaşlı vingerlə müqavilə imzalamaq qərarına gəlsə, o, bonus ödənişlərindən imtina etməli və maaşının böyük hissəsinin onun göstəricilərindən asılı olması ilə razılaşmalıdır.

Bundan başqa, “Borussiya” rəhbərliyində Sançonun fiziki hazırlığı ilə bağlı narahatlıqlar var. Bu səbəbdən, futbolçu ilə bağlı hələ yekun qərar verilməyib.

Sanço yayda “Mançester Yunayted”dən ayrılıb və hazırda azad agent statusundadır.

O, 2021-ci ildən “qırmızı şeytanlar”ın formasını geyinib və bu müddətdə 83 matçda 12 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçu son mövsümü icarə əsasında “Aston Villa”da keçirib.

İngiltərəli futbolçu 2017-2021-ci illər aralığında və 2024-cü ildə “Borussiya”nın heyətində çıxış edib.

“Borussiya” UEFA Çempionlar Liqasının əsas mərhələsində “Sabah”ın rəqibidir.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!
1 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM