“Liverpul”a keçidi baş tutmayacaq - Seneqallı vingerin

18:40 İngiltərə 101
“Liverpul”a keçidi baş tutmayacaq - Seneqallı vingerin

“Kristal Pelas”ın vingeri İsmaila Sarr transfer pəncərəsinin son günündə komandanı tərk etməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

“Qartallar” 28 yaşlı futbolçunu satmayacaqları barədə “Liverpul”a məlumat veriblər.

Mersisayd təmsilçisi daha əvvəl Sarr üçün 47 milyon avro təklif edib. Ancaq bu məbləğ “Kristal Pelas”ın nəzərdən keçirə biləcəyi rəqəmdən xeyli aşağı olub.

Bununla belə, London klubu, ümumiyyətlə, komandanın liderlərindən olan Sarrın satışını nəzərdən keçirmir.

Seneqallı yeni mövsümdə hələ meydana çıxmayıb. Onun “Kristal Pelas”la müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.

“Transfermarkt” portalı Sarrın dəyərini 45 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti