“Onlara buna icazə verməyimizdən həqiqətən məyus oldum”

17 Yanvar 00:20 İngiltərə 544
“Onlara buna icazə verməyimizdən həqiqətən məyus oldum”

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandasının İngiltərə Premyer Liqasının 21-ci turunda “Arsenal”a qarşı oyunundakı çıxışından danışıb.

Sportinfo.az London klubunun rəsmi saytına istinadən xəbər verir ki, avstraliyalı çalışdırıcı məyus olduğunu bildirib:

“Kifayət qədər yaxşı deyildik, xüsusən də, birinci hissədə. Biz çox passiv idik və “Arsenal”a oyuna nəzarət etməyə imkan verdik.

İstər topla, istərsə də topsuz onlara tempi diqtə etməyə icazə verməyimizdən həqiqətən məyus oldum. İkinci hissə bir az daha yaxşı idi, ancaq hələ də kifayət qədər deyil”.

“Tottenhem” bu oyunda 1:2 hesabı ilə məğlub olub.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:40 Son söz AFFA-da!
13 Sentyabr 17:30 Çək və bizə göndər!
13 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 04:40 "Biz dominant olmuşuq"
13 Sentyabr 03:20 Kanadalı "Lənkəran"da
13 Sentyabr 02:00 Kamran Quliyev hara getdi?