"Mövsümün sonunda harada qərarlaşmağımızı qiymətləndirə bilərik"

16 Yanvar 2025 00:10 İngiltərə 709
"Mövsümün sonunda harada qərarlaşmağımızı qiymətləndirə bilərik"

“Çelsi”nin kapitanı Ris Ceyms mövsümün sonunda komandasının ilk dördlüyə düşmək şanslarını dəyərləndirib.

Sportinfo.az “BBC Sport”-a istinadən xəbər verir ki, ingiltərəli müdafiəçi güclü komandalara qarşı matçlarda əla göründüklərini bildirib:

“Oyun səviyyəmizə baxsaz, məncə, bu, realdır. Güclü komandalara qarşı matçlarda əla görünürük və öz oyunumuzu tətbiq etməyə çalışırıq.

Mövsümün sonunda harada qərarlaşmağımızı qiymətləndirə bilərik”.

“Çelsi” son matçda “Bornmut”la bərabərə qalıb (2:2). Londonluların ikinci qolunu meydana əvəzetmədən daxil olan Ceyms son dəqiqələrdə vurub.

“Çelsi” İngiltərə Premyer Liqasının turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Nyukasl” “Vulverhempton”a qalib gəlsə, londonlular daha da aşağı düşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi