COP29

“Futbolçular mövsümün gedişatını dəyişməyə ümidsizcəsinə cəhd edir”

9 Dekabr 2024 21:40 İngiltərə 300
“Futbolçular mövsümün gedişatını dəyişməyə ümidsizcəsinə cəhd edir”

“Tottenhem”in baş məşqçisi Anqelos Postekoglu “Çelsi”yə 3:4 hesabı ilə məğlubiyyətdən sonra komandada inam çatışmazlığı barədə suala cavab verib.

Sportinfo.az xəbər verir ki, klubun mətbuat xidmətinə danışan baş məşqçi, futbolçuların özgüvənini itirmədiyini deyib:

“Çelsi” ilə oyuna baxsaq, mən inam çatışmazlığı və ya özünəinamın olmadığını görmürəm. Fikrimcə, hər şey əksinədir.

Düşünürəm ki, futbolçular mövsümün gedişatını dəyişməyə ümidsizcəsinə cəhd edir və mövsümün gedişatından çox məyus olublar.

Bu vəziyyətdə olanda, sizə lazım olan intizamı və soyuqqanlılığı itirirsiz. Bizdə inam olmasaydı, “Çelsi” ilə belə oynaya bilməzdik”.

Digər Xəbərlər
Xəbər Lenti