Premyer Liqa nəhəngindən ardıcıl 4-cü məğlubiyyət - VİDEO

10 Noyabr 2024 01:40 İngiltərə 665
Premyer Liqa nəhəngindən ardıcıl 4-cü məğlubiyyət - VİDEO

İngiltərə Premyer Liqasının 11-ci turu çərçivəsində “Brayton” “Mançester Siti”ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, matç “şəhərlilər”in 2:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland 23-cü dəqiqədə fərqlənib. 78-ci dəqiqədə qonaqların heyətində Juan Pedro hesabı bərabərləşdirib.

Premyer Liqada debüt oyununa çıxan danimarkalı Mett O’Rayli dəqiq zərbə ilə “Brayton”un qələbə qoluna imza atıb.

Bu oyunla da “Mançester Siti” bütün turnirlərdə ardıcıl 4-cü məğlubiyyətini alıb.

Belə ki, klub bundan əvvəl Çempionlar Liqasında Portuqaliya “Sportinq”inə (1:4), İngiltərə çempionatında “Bornmut”a (1:2), İngiltərə Liqa Kubokunda isə “Tottenhem”ə (1:2) uduzmuşdu.

“Mançester Siti” turnir cədvəlində ikinci yerdədir. Komandanın aktivində 23 xal var. “Brayton” isə bu qələbə ilə xallarının sayını 19-a çatdıraraq turnir cədvəlində dördüncü pilləyə yüksəlib.

Siyahıya isə Arne Slotun çalışdırdığı “Liverpul” (25) başçılıq edir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu
15 Sentyabr 02:30 “Zelenskinin komandası”