12 ilin idman direktoru Premyer Liqa klubundan ayrılır - Özü belə istəyir

9 Oktyabr 2024 15:40 İngiltərə 2 273
12 ilin idman direktoru Premyer Liqa klubundan ayrılır - Özü belə istəyir

"Mançester Siti"nin idman direktoru Çiki Beqiristayn gələcəyi ilə bağlı qərar verib.

Sportinfo.az xəbər verir ki, ispan funksioner mövsümün sonunda Premyer Liqa klubunu tərk edəcək.

Bu barədə "The Atletic" nəşri məlumat yayıb.

60 yaşlı klub rəsmisi öz istəyi ilə postunu tərk edəcək. Klub rəhbərliyi artıq onun ayrılıq istəyini qəbul edib.

Çiki Beqiristayn 2012-ci ilin oktyabr ayından "Mançester Siti"nin idman direktoru vəzifəsini icra edib. O, daha öncə "Barselona"da eyni postu tutub.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu