COP29

“Bu, mənim çox xoşuma gəlir” - Gələcəkdə nə işlə məşğul olacağını açıqladı

30 Sentyabr 22:00 İngiltərə 307
“Bu, mənim çox xoşuma gəlir” - Gələcəkdə nə işlə məşğul olacağını açıqladı

“Mançester Siti”nin yarımmüdafiəçisi Filip Foden peşəkar futbolçu karyerasını bitirdikdən sonra nə etməyi planlaşdırdığını açıqlayıb.

Sportinfo.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ingilis futbolçu balıqçılıqla məşğul olacağını deyib:

“Mən balıqçılıq haqqında video bloq açacam. Uşaq vaxtı atam məni həmişə balıq tutmağa aparırdı, ona aludə oldum.

Hər şeyi tutdum, daha kiçik balıqlar var idi, amma nə qədər tez-tez müvəffəq olsam, daha böyük bir şey tutmaq istədim.

Məsələn, sazan balığı. Mən tez-tez balıq tuturam. Bu, belə bir həyəcandır. Bu, mənim çox xoşuma gəlir”.

Fodenin 24 yaşı var və “Mançester Siti”nin yetirməsidir. “Transfermarkt” onun bazar dəyərini 150 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
15 Oktyabr 02:50 Avstraliya ilə 0-0-etdik