“Bayer”in müdafiəçisi ilə maraqlanır - Premyer Liqa "div"i

18 İyul 2024 10:00 İngiltərə 832
“Bayer”in müdafiəçisi ilə maraqlanır - Premyer Liqa

“Mançester Yunayted” “Bayer”in mərkəz müdafiəçisi Conatan Ta ilə maraqlanır.

Sportinfo.az “Sky Sports”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” hələ də müdafiəçi Matteys de Liqtin transferi ilə bağlı “Bayern”lə razılaşa bilmir.

Futbolçunun İngiltərə klubu ilə şəxsi müqaviləsi artıq razılaşdırılıb, anlaşma 2029-cu ilin yayına qədər qüvvədə olmalıdır.

Lakin “Bayern” “Mançester Yunayted”dən 50 milyon avro+bonuslar tələb edir. Bu səbəbdən, Mançester klubu eyni vaxtda Conatan Ta ilə əlaqə saxlayıb.

28 yaşlı futbolçu 2015-ci ildə “Hamburq”dan “Bayer”ə keçib.

Bu müddət ərzində o, bütün turnirlərdə 353 matçda iştirak edib, 14 qol vurub və 12 məhsuldar ötürmə verib. Tanın Leverkuzen klubu ilə hazırkı müqaviləsi 2025-ci ilin yayına qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti
13 Sentyabr 20:00 Çək və bizə göndər!
13 Sentyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
13 Sentyabr 08:30 “Qarabağ” NİCAT tapdı
13 Sentyabr 03:20 Canın “Van”ı1:1 etdi