İngiltərə nəhəngi ulduz futbolçusuna QİYMƏT QOYDU

25 Fevral 23:20 İngiltərə 472
İngiltərə nəhəngi ulduz futbolçusuna QİYMƏT QOYDU

Kevin de Bröyne mövsümün sonunda "Mançester Siti"dən ayrıla bilər.

Sportinfo.az xəbər verir ki, belçikalı yarımmüdafiəçinin xidmətində Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

"Mançester Siti" yayda ulduz futbolçunu satmağa hazırdır. Bu barədə "Talk Sport" məlumat yayıb. "Şəhərlilər" 32 yaşlı futbolçuya 100 milyon funt-sterlinq qiymət qoyub.

"Mançester Siti" Kevin de Bröyneni 2015-ci ilin yayında "Volfsburq"dan transfer edib.

Belçika millisinin üzvü bu mövsüm Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 11 rəsmi matçda 2 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun klubla müqaviləsi 2025-ci ilin yayına kimidir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!