Mövsüm erkən bitdi - Premyer Liqa klubunun futbolçusu üçün

18 Fevral 2024 01:40 İngiltərə 1 202
Mövsüm erkən bitdi - Premyer Liqa klubunun futbolçusu üçün

"Aston Villa"nın heyətində ciddi tiki baş verib.

Sportinfo.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin yarımmüdafiəçisi Bubakar Kamara sıradan çıxıb.

Bu barədə komandanın baş məşqçisi Unay Emeri məlumat verib.

24 yaşlı orta xətt oyunçusu mövsümün qalan hissəsində komandasına kömək edə bilməyəcək. Onun sentyabr-oktyabr aylarında yaşıl meydanlara qayıdacağı gözlənilir.

"Aston Villa" Bubakar Kamaranı 2022-ci ilin yayında "Marsel"dən transfer edib. Fransalı futbolçu bu mövsüm Birmingem təmsilçisinin heyətində meydana çıxdığı 30 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Oktyabr 20:00 Çək və bizə göndər!
26 Oktyabr 14:50 "Sportinfo TV”də GÜNDƏM
26 Oktyabr 08:20 “Neftçi”nin ASLANları
26 Oktyabr 07:10 Leysan, dolu, sulu qar...
26 Oktyabr 04:00 “Neftçi” məğlub oldu