Mövsümün ilk baş məşqçi istefası - Premyer Liqada

6 Dekabr 2023 01:40 İngiltərə 509
Mövsümün ilk baş məşqçi istefası - Premyer Liqada

“Şeffild Yunayted” baş məşqçisi Pol Hekinqbottomla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

46 yaşlı mütəxəssislə yanaşı, köməkçiləri Stüart Makkal və Mark Hadson da komanda ilə vidalaşıb.

Bu, Premyer Liqanın 2023/2024 mövsümündə ilk baş məşqçi istefasıdır. 2021-ci ildən “Şeffild Yunayted”in sükanı arxasında olan Hekinqbottom 2022/2023 mövsümündə komandanı əsas liqaya yüksəldib. Klub hazırda 5 xalla sonuncu – 20-ci yerdədir.

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada