“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola “Nyukasl”la qarşıdakı Liqa kuboku matçından sonra komandasının evə avtobusla dönəcəyindən narazıdır.
Sportinfo.az xəbər verir ki, 52 yaşlı mütəxəssis evə təyyarə ilə qayıda bilməyəcəklərinə görə narazı olduğunu bildirib:
“Nə baş verdiyini bilmirəm, amma təyyarə ilə evə qayıda bilmirik, çünki bir problem var. Avtobusla getməli olacağıq, ona görə də iki-üç saat sonra qayıdacayıq.
Bu, əvvəlcədən planlaşdırılandan xeyli gecdir. Çərşənbədən cümə axşamına keçən gecə çox gec gələcəyik və cümə günü komanda “Vulverhempton”la matça yola düşməlidir.
Bundan sonra Çempionlar Liqasında “Leyptsiq”lə qarşılaşma üçün Almaniyaya gedəcəyik. Bu, bizim üçün çox vacib matçdır.
Çünki onu qazanmaq növbəti mərhələyə vəsiqə şanslarını artıracaq və biz bunu etməliyik”.
“Mançester Siti” bu gün Liqa kubokunda “Nyukasl”la qarşılaşacaq.