
İngiltərə Premyer Liqasında 21-ci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, uğursuz mövsüm keçirən "Liverpul" səfərdə "Vulverhempton"un qonağı olub.
Yürgen Kloppun yetirmələri meydanı 0:3 hesablı məğlubiyyətlə tərk edib.
Aktivində 29 xal olan "Liverpul" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Vulverhempton" isə 20 xalla 15-ci yerdədir.
"Vulverhempton" - "Liverpul" 3:0
Qollar: Matip, 5 (avtoqol), Devson, 12, Neves, 71