“İnsanlar nə istəsə, edirdilər anarxiya idi - Hər şeydə çox geridə qalıblar”

21 Yanvar 2023 01:30 İngiltərə 434
“İnsanlar nə istəsə, edirdilər anarxiya idi - Hər şeydə çox geridə qalıblar”

"Mançester Yunayted"in keçmiş hücumçusu, hazırda "Nottingem Forrest "də çıxış edən Cessi Linqard "qırmızı şeytanlar"ın təşkilatçılığını tənqid edib.

Sportinfo.az xəbər verir ki, İngiltərə mətbuatına açıqlamasında artıq kluba hörməti qalmadığını deyən futbolçu "Mançester Yunayted"in çox geridə qaldığını bildirib:

"Balans, struktur yox idi, insanlar nə istəsə edirdilər. Sanki anarxiya idi.

Onlar hər şeydə çox geridədirlər. “Mançester Siti” və ya “Tottenhem”dəki şəraitə baxın. Bu klublar xeyli irəlidədir. Hətta sosial şəbəkələrdə belə.

Mən 2017-ci ildə "YouTube" üçün məzmun yaratmaqla bağlı kluba müraciət etdim. Amma onlar çox geridə qalıblar.

İstədim ki, yeni hadisələrdən, ətrafda baş verənlərdən xəbərdar olsunlar. Aktuallığı itirmək olmaz, yetişmək lazımdır".

Cessi Linqard 2011-2022-ci llərdə "Mançester Yunayted"in üzvü olub. O, bü müddətdə bir neçə klubda icarə əsasında çıxış etsə də, "Mançester Yunayted"də 149 oyuna çıxmağı və 20 qol vurmağı bacarıb. O, İngiltərə millisinin də üzvüdür.

Digər Xəbərlər
Xəbər Lenti