Belçika millisinin üzvü ilə razılıq əldə etdi - Paytaxt təmsilçisi

20 Yanvar 2023 10:00 İngiltərə 698
Belçika millisinin üzvü ilə razılıq əldə etdi - Paytaxt təmsilçisi

"Arsenal" heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

Sportinfo.az xəbər verir ki, London təmsilçisi "Brayton"un yarımmüdafiəçisi Leandro Trossardı transfer edəcək. .

"Arsenal" 28 yaşlı vingerlə şəxsi şərtləri razılaşdırıb. Belçikalı futbolçunun klubu ilə danışıqlar davam edir.

Leandro Trossard "Brayton"a 2019-cu ilin yayında "Genk"dən transfer olunub.

Belçika millisinin üzvü cari mövsümdə Premyer Liqa təmsilçisinin heyətində meydana çıxdığı 17 rəsmi matçda 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR