Premyer Liqa klubunun 25-ci transferi bu hücumçu oldu

20 Yanvar 2023 01:30 İngiltərə 457
Premyer Liqa klubunun 25-ci transferi bu hücumçu oldu

"Nyukasl"ın hücumçusu Kris Vud icarə əsasında "Nottingem Forest"ə keçəcək.

Sportinfo.az xəbər verir ki, klublar artıq icarə üçün razılıq əldə edib.

31 yaşlı forvard qarşıdakı günlərdə tibbi müayinədən keçəcək.

"Nottingem Forest" mövsüm sonunda təcrübəli hücumçunun transfer hüququna sahib çıxa bilər.

Kris Vud 2022-ci ilin yanvarında “Nyukas”la müqavilə imzalayıb və komandanın Premyer Liqadan düşməməsində önəmli rol oynayıb.

Yeni Zelandiya millisinin hücumçusu bu mövsüm “Nottingem Forrets”in 25-ci transferi olacaq.

Digər Xəbərlər
Xəbər Lenti