“Mançester Yunayted” son anda qələbəni qaşırdı - VİDEO

19 Yanvar 2023 10:00 İngiltərə 320
“Mançester Yunayted” son anda qələbəni qaşırdı - VİDEO

İngiltərə Premyer Liqasında VII turun təxirə salınmış bir matçı keçirilib.

Sportinfo.az xəbər verir ki, “Mançester Yunayted” “Kristal Palas”a qonaq olub.

Oyunda hesabı “qırmızı şeytanlar” açıblar. Bruno Fernandez 43-cü dəqiqədə fərqlənib.

Meydan sahibləri isə matça əlavə olunmuş dəqiqələrdə cavab qolunu vurublar. Olise komandasına bir xal qazandıran qola imza atıb.

Bu nəticə ilə xallarının sayını 39-a çatdıran “Mançester Yunayted” 3-cü pillədəki yerini qoruyub. “Kristal Palas” da 23 xalla 12-ci sırada qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!