"Mənə "get" deyilənə qədər buradayam" - İSTEFA VERMƏYƏCƏK

18 Yanvar 2023 00:00 İngiltərə 345
"Mənə "get" deyilənə qədər buradayam" - İSTEFA VERMƏYƏCƏK

"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanı tərk etmək niyyətində deyil.

SportİNFO.az xəbər verir ki, almaniyalı mütəxəssis uğursuz keçən mövsümə baxmayaraq işinə davam etmək və vəziyyəti düzəltmək istəyir.

Klopp istefaya göndərilməsə, postunda davam edəcəyini deyib: "Mənə "get" deyilənə qədər buradayam".

"Liverpul" İngiltərə Premyer Liqasında keçirdiyi 18 oyunda 8 qələbə, 4 heç-heçə və 6 məğlubiyyətlik peformans göstərib. Komanda hazırda 28 xalla turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti