Premyer Liqa klubundan 28 milyonluq hücumçu transferi

17 Yanvar 2023 21:40 İngiltərə 711
Premyer Liqa klubundan 28 milyonluq hücumçu transferi

Almaniyanın “Hoffenhaym” klubu fransalı hücumçusu Jorjinyo Rutterlə yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, 20 yaşlı forvard “Lids”ə transfer olunub.

Fransalı forvard yeni klubu ilə müddəti 2028-ci ilin 30 iyununa qədər olan müqaviləyə imza atıb. “Lids” bu transfer üçün Almaniya klubuna 28 milyon avro ödəyib.

Rutter Fransanın “Renn” klubunun yetirməsidir. O, 2021-ci ilin fevral ayında cəmi 750 min avro qarşılığında “Hoffenhaym”a keçmişdi.

Gənc hücumçu Bundesliqa təmsilçisində keçirdiyi 64 oyunda 11 qol vurub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR