Yeni komanda yoldaşları və baş məşqçi haqda danışdı

17 Yanvar 2023 01:40 İngiltərə 571
Yeni komanda yoldaşları və baş məşqçi haqda danışdı

“Çelsi”nin yeni transferi Mixail Mudrik klubla bağlı ilkin təəssüratlarını bölüşüb.

Sportinfo.az xəbər verir ki, o, yeni komanda yoldaşları və baş məşqçi Qrem Potter haqda danışıb:

“Çelsi” ilə müqavilə imzaladığım üçün xoşbəxtəm. İngiltərə Premyer Liqası çox güclü liqadır.

“Çelsi” böyük klubdur. London təmsilçisinə keçidim karyeramda uğurlu göstərici sayıla bilər.

Yeni komanda yoldaşlarımla meydana çıxmaq, baş məşqçi Qrem Potterin rəhbərliyi altında oynamaq və öyrənmək üçün səbirsizlənirəm”.

“Zadəganlar” 22 yaşlı oyunçu üçün “Şaxtyor”a (Donetsk) 100 milyon avro ödəyib. Mixail Mudrikin adı “Arsenal”la hallanırdı. “Topçular” yarımmüdafiəçi üçün “Şaxtyor”a bir neçə təklif göndərsə də, “yox” cavabı almışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR