İngiltərə Premyer Liqasının XX turunun mərkəzi görüşü Londonda baş tutub.
Sportinfo.az xəbər verir ki, Şimali London derbisində “Tottenhem” “Arsenal”la qarşılaşıb.
Mövsümü yüksək səviyyədə keçirən “topçular” bu matçda qələbəyə seviniblər.
İlk hissədə vurulan qollar matçda həlledici olub. “Tottenhem”in qapıçısı Hüqo Lyoris 14-cü dəqiqədə öz qapısına vurub. 36-cı dəqiqədə Martin Odeqaard matçda ikinci və həlledici qolu rəqibin qapısından keçirib.
Bu nəticə ilə xallarının sayını 47-ə yüksəldən “Arsenal” liderliyini davam etdirir. “Tottenhem” isə 33 xalla 5-ci pillədə qərarlaşıb.

