“Biz qələbə qazanmağa layiq deyildik”

12 Yanvar 2023 18:20 İngiltərə 556
“Biz qələbə qazanmağa layiq deyildik”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola İngiltərə Liqa kubokunun 1/4 final mərhələsinin “Sauthempton”la matçını (0:2) şərh edib.

Sportinfo.az xəbər verir ki, o, yetirmələrinin qələbəyə layiq olmadığını vurğulayıb:

“Daha güclü oynayan komanda qalib gəldi. “Mançester Siti” əvvəlcə yaxşı oynamadı. Bu axşam pis keçdi.

Rəqib daha yaxşı idi. Bu səbəbdən onları təbrik etməliyəm. Qələbə qazanmaq üçün ona layiq olmalısan. Bu gün isə biz ona layiq deyildik”.

“Şəhərlilər” bu nəticədən sonra mübarizəni dayandırıb. Yarımfinalda “Sauthempton”un rəqibi “Nyukasl” olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR