Harri Keyni yayda alacaq - "Mançester Yunayted"

12 Yanvar 2023 00:10 İngiltərə 434
Harri Keyni yayda alacaq -

"Mançester Yunayted" hücum xəttini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

Sportinfo.az xəbər verir ki, "qırmızı şeytanlar"ın əsas hədəfi "Tottenhem"in forvardı Harri Keyndir.

Mançester təmsilçisi yayda 29 yaşlı futbolçu üçün London klubuna rəsmi təklif göndərəcək.

Harri Keyn 2010-cu ildən "Tottenhem"də çıxış edir. İngiltərə millisinin üzü cari mövsümdə paytaxt təmsilçisinin heyətində meydana çıxdığı 26 matçda 17 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Onun klubu ilə müqaviləsi 2024-cü ilin yayına kimidir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR