"Üzr istəyirəm, amma klubunuz heç nə qazanmayacaq"

11 Yanvar 2023 01:40 İngiltərə 783
"Üzr istəyirəm, amma klubunuz heç nə qazanmayacaq"

İngiltərə millisinin və “Mançester Yunayted”in keçmiş müdafiəçisi Rio Ferdinand hesab edir ki, “qırmızı şeytanlar” “Tottenhem”in hücumçusu Harri Keyni transfer etməlidir.

Sportinfo.az xəbər verir ki, keçmiş futbolçu “Tottenhem”in onsuz da heç bir titul qazanmayacağını deyib:

“Mançester Yunayted”, Keynə təklif göndər! “Tottenhem” azarkeşlərindən üzr istəyirəm, amma klubunuz heç nə qazanmayacaq. Harri bu komandada kuboksuz qalacaq.

Bəli, onun üçün ciddi məbləğ ödəməli olacaqsız, amma bunun müqabilində “Mançester Yunayted” daim qol vuran futbolçu alacaq. Keyn “Mançester Yunayted” üçün çox faydalı olardı”.

Keyn 2011-ci ildən “Tottenhem”də çıxış edir və onun klubla müqaviləsi 2024-cü ilin yayına qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR