İngiltərə Premyer Liqa təmsilçisi "Sauthempton" heyətini gücləndirib.
Sportinfo.az xəbər verir ki, klub argentinalı 20 yaşlı yarımmüdafiəçi Karlos Alkarasla anlaşıb.
"Sauthempton" transfer üçün 13,65 milyon avro ödəyib.
O, 2027-ci il iyunun 30-na qədər İngiltərə klubuna məxsus olacaq.
Alkaras indiyə qədər yalnız Argentinada - “Rasinq”də oynayıb.

