"Bizə titullar lazımdır, işləmək və inkişaf etmək zamanıdır”

8 Yanvar 2023 12:00 İngiltərə 545
"Bizə titullar lazımdır, işləmək və inkişaf etmək zamanıdır”

“Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq İngiltərə kubokunun 1/32 final mərhələsinin “Everton”la matçından sonra (3:1) açıqlama verib.

Sportinfo.az xəbər verir ki, o, Mançester təmsilçisinin kuboklar uğrunda mübarizə apardığını deyib:

“Everton” yaxşı oynadı, cəsarətli mübarizə apardılar. Biz isə qələbə qazandıq. Mən xoşbəxtəm, çünki komandamda hər şey yaxşıdır.

“Mançester Yunayted” kuboklar uğrunda mübarizə aparır. Bizə titullar lazımdır. Növbəti matçları düşünürük. İşləmək və inkişaf etmək zamanıdır”.

“Mançester Yunayted”in İngiltərə kubokunun 1/16 finalındakı rəqibi püşkatma nəticəsində məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!