“Qazanmasalar, təzyiqlər artacaq - Onlar Premyer Liqada ən pis komanda deyil”

8 Yanvar 2023 00:20 İngiltərə 601
“Qazanmasalar, təzyiqlər artacaq -  Onlar Premyer Liqada ən pis komanda deyil”

Keçmiş futbolçu Roy Kin İngiltərə kubokunun “Mançester Yunayted” – “Everton” (3:1) oyununu şərh edib.

Sportinfo.az xəbər verir ki, o, “Everton”un futbolçuları haqda danışıb:

“Düşünürəm ki, oyunun nəticəsi Frenk Lempardı (“Everton”un baş məşqçisi) oyada bilər. “Everton”un futbolçuları xarakter göstərdilər.

Onlar “Mançester Siti” ilə oyunda da bunu etmişdilər. Qələbə qazanmasalar, onlara qarşı təzyiqlər artacaq. “Everton” Premyer Liqada ən pis komanda deyil”.

“Mançester Yunayted”in 1/16 final mərhələsindəki rəqibi püşkatma nəticəsində məlum olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
1 Sentyabr 17:10 Çək və bizə göndər!